Dünya Forumu Nazirlər Görüşü

 

   Mayın 31-də II Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ilk dəfə olaraq Bakıda 30-dək ölkənin mədəniyyət və turizm nazirləri, nazir müavinləri, müvafiq qurumlarının rəhbərləri bir araya gəldi. Dünya Forumu Birinci Nazirlər Görüşünün ilk sessiyası «Mədəniyyət və yaradıcılıq mədəniyyətlərarası etimadı necə yarada bilər?» mövzusuna həsr olunmuşdu. Tədbirə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev moderatorluq edirdi.

  

   Mədəniyyət və yaradıcılıq mədəniyyətlərarası etimadı necə yarada bilər?

  

   Bakı Forumunun mədəniyyətlərarası dialoq prosesində rolunu qeyd edən nazir iki il əvvəl əsası qoyulmuş konseptual müzakirələrin indi daha geniş şəkildə davam etdirildiyini vurğuladı: “Biz insanlar arasında bir-birinə inam yaratmalıyıq. Bu, birinci Forumda da əksini tapmış konsepsiyadır. Mədəniyyətlərarası dialoq zəruri bir tələbdir. Bu baxımdan Bakı Forumu sülhə əsaslanan dünyanın qurulmasını məqsəd güdür. İlk forumda biz mədəniyyətin və turizmin qarşılıqlı anlaşma və məsuliyyətli idarəetmənin yaradılmasında rolundan danışırdıq. Bu gün mədəniyyət və turizmi eyni auditoriyaya gətirərək bu iki amilin insanların ünsiyyətində nə dərəcədə mühüm rol oynadığını vurğulamaq istəyirik”.

   BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser ilk dəfə Bakıda gerçəkləşən belə bir mühüm görüşün əhəmiyyətini qeyd etdi. Qonaq ikinci Forumda iştirakçıların sayının daha çox olmasından məmnunluğunu bildirərək Azərbaycanın cəlbedici mərkəzə çevrildiyini vurğuladı: «Mən bu barədə Azərbaycana tamamilə güvənirəm. Çünki Azərbaycan mədəniyyətlərarası dialoqa çox uğurla ev sahibliyi edir».

   Litvanın mədəniyyət naziri Sarunas Birutis müxtəlif cəmiyyətlərin xüsusiyyətlərinin dərk olunmasında mədəniyyətlərarası dialoqun vacibliyini, bu sahədə vərdiş və səriştənin mühümlüyünü qeyd etdi: “Biz qloballaşan dünyada öz milli mədəniyyətimizi qorumaqla yanaşı, digər mədəniyyətlərə və cəmiyyətlərə qarşı da açıq olmalıyıq».

   Bruney Sultanlığının mədəniyyət, gənclik və idman nazirinin müavini xanım Datin Paduka Adina dünyanın müxtəlif bölgələrində zorakılıq hallarının baş verdiyi bir dövrdə Bakıda sülh şəraitində mədəni əməkdaşlıqla bağlı belə müzakirələrin aparılmasını mühüm hadisə kimi qiymətləndirdi.

   Latviyanın mədəniyyət naziri xanım Zaneta Jaunzeme-Qrende mədəniyyətlərarası dialoqun təcrübələrin bölüşdürülməsi baxımından müstəsna vasitə olduğunu qeyd edərək bildirdi ki, müxtəlif mədəniyyətlər arasında dəyərlər sistemiidentiklik haqqında danışmaq üçün bu dialoqda iştirak etmək çox əhəmiyyətlidir.

   Səudiyyə Ərəbistanı mədəniyyət nazirinin müavini Abdullah əl-Cəssur ölkəsinin mədəniyyətlərarası dialoqa yaxından töhfə verdiyini vurğulayaraq bu sahədə həyata keçirdikləri tədbirlərdən danışdı.

   TÜRKSOY-un baş katibi Düsen Kaseinov rəhbərlik etdiyi təşkilatın türkdilli xalqlar arasında mədəni birliyin yaradılmasında mühüm rol oynadığını bildirdi: «Biz müxtəlif türkdilli xalqların mədəniyyətini təşviq etməklə onları digər mədəniyyətlərə tanıtmaq məqsədini güdürük».

   Kot d-İvuarın mədəniyyət və frankofoniya məsələləri üzrə naziri Moris Koku Bandama, İordaniyanın mədəniyyət naziri Barakat Avacan, Serbiyanın mədəniyyət və informasiya üzrə dövlət katibi Zoran Avramoviç müxtəlif mədəniyyətlərə məxsus insanların sülh şəraitində yaşamasının cəmiyyət üçün əhəmiyyətindən söz açdılar. Onların fikrincə, mədəniyyətlərarası dialoqun alternativi yoxdur.

   Braziliyanın mədəniyyət məsələləri üzrə katibi Ameriko Xose Cordula Teikseria ölkəsində mədəni müxtəlifliyin müdafiə olunması üzrə Milli Mədəniyyət SistemininMilli Mədəniyyət Planının yaradıldığını bildirdi.

   Mərakeşin mədəniyyət naziri Məhəmməd Amin Sbihi mədəni müxtəlifliyin idarə olunmasının çox böyük vərdişlər tələb etdiyini dedi.

   Yaradılıcılığın mədəni sintez əsasları üzərində qurulduğunu vurğulayan Yunanıstanın mədəniyyət naziri Çarilaos Pappis isə burada əsas məqsədin mədəniyyətlər arasındakı fərqləri uzlaşdırmaq olduğunu dedi.

  

   Mədəniyyətlərarası dialoq üçün birgə əsas: mədəni irsturizm

  

   Nazirlər Görüşünün ikinci sessiyası «Mədəniyyətlərarası dialoq üçün birgə əsas: mədəni irsturizm» mövzusunda müzakirələrlə davam etdi.

   Banqladeşin mülki aviasiyaturizm naziri Məhəmməd Faruk Xan mədəniyyətlərarası dialoqun yaradılması üçün ölkələrin əhalisi, xüsusən gənclər arasında geniş maarifləndirmə işinin aparılmasının əhəmiyyətini qeyd etdi. Polşanın milli irs və mədəniyyət naziri Yaçek Olbrixt Baltik regionunda əməkdaşlıq və inteqrasiyanın davam etdirilməsi sahəsində həyata keçirilən layihələrdən danışdı. O, Baltik regionunun on ölkəsini birləşdirən layihə çərçivəsində müxtəlif tədbirlərin keçirildiyini, hər ölkəyə öz ədəbiyyatını, musiqisini, mətbəxini təbliğ etmək imkanı yaradıldığını diqqətə çatdırdı.

   Gürcüstanın mədəniyyət naziri Quram Odişaria dahi şəxsiyyətlərin, böyük yaradıcı insanların hər hansı millətə deyil, bütün dünyaya məxsus olduğunu dedi. Onun sözlərinə görə, Azərbaycanın və Gürcüstanın müvafiq nazirlikləri tərəfindən Cənubi Qafqazın turizm marşrutlarının təbliği məqsədilə yayda birgə layihə reallaşdırılacaq.

   Monteneqronun mədəniyyət naziri Branislav Miçunoviç çıxışında Azərbaycanın mədəniyyətlərarası dialoq məkanı kimi tanındığını diqqətə çatdıraraq ölkəmizdə müxtəlif mədəniyyət və sivilizasiyaların nümayəndələrinin birgə yaşamasını örnək kimi qeyd etdi.

   Şri-Lankanın mədəniyyət və incəsənət naziri Thilakaratna Bandara Ekanayaka da Azərbaycanın bu sahədəki təcrübəsinin çoxmədəniyyətli ölkələrdə tətbiq olunmasının vacibliyini vurğuladı.

   «Mədəniyyət sosial inkişafla yaxından bağlıdır», - deyən Moldovanın mədəniyyət nazirinin müavini George Postika müxtəlif xalqları və regionları bir arada birləşdirməsi baxımından turizmin rolunu, muzeylərin əhəmiyyətini yüksək qiymətləndirdi.

   Vyetnamın mədəniyyət, idmanturizm naziri Vuonq Duy Bien və Sudanın əntiq mədəniyyət, turizm və təbiət naziri Mohammed Gasmelseed Hamid mədəni müxtəlifliyin qorunmasının müasir dünyamızda əsas məqsədlərdən biri olduğunu vurğuladılar. Bu xüsusda turizmin insanları bir-birinə yaxınlaşdıran və ümumi dəyərlərin bölüşdürülməsi üçün imkan yaradan vasitə olduğu diqqətə çatdırıldı.

   Avstriyanın Təhsil, İncəsənət və Mədəniyyət Nazirliyinin mədəni əməkdaşlıq məsələləri departamentinin rəhbəri Norbert Ridl müasir dünyamızda turizmin inkişafının mədəniyyətlər arasında əlaqələrin daha da genişləndirilməsinə şərait yaratdığını bildirdi.

   Cənubi Afrika Respublikası mədəniyyət nazirinin müavini Tokozila Xasanın sözlərinə görə, mədəniyyətlərarası dialoqun ümumi məqsədi insanlara hörmətin, demokratiyanın və qanunun aliliyinin qorunmasıdır.

   Tunisin mədəniyyət naziri Mehdi Mabruk mədəni turizmin BMT-ninMinilliyin İnkişaf Məqsədləri”nə daxil edilməsini alqışladığını bildirərək gənclərin bu prosesdə çox fəal olduğunu diqqətə çatdırdı.

   Tailandın mədəniyyət üzrə daimi katibi xanım Prisna Pongtadsirikul isə mədəni turizmin mədəni müxtəlifliyə əsaslandığını bildirərək ölkəsində bunun üçün geniş potensialın olduğunu qeyd etdi.

   Misirin Xarici İnvestisiyalarİnkişaf Şirkətinin sədr müavini İbrahim Favzi insanlar arasında münasibətlərin mədəniyyətlərarası dialoqa səbəb olduğunu dedi.

   Suriyanın mədəniyyət naziri Lubanah Mushaven turizmin müxtəlif mədəniyyətlər arasında əlaqə yaradan vasitə olduğunu bildirdi.

   Hindistanın mədəniyyət üzrə birgə katibliyinin sədri Şri Rakeş Rancan ölkəsinin konstitusiyasında 32 dilin tanındığını, burada bərabər hüquqların ən vacib dəyər kimi müəyyən edildiyini söylədi.

   Əlcəzair Nazirlər Kabinetinin turizm məsələləri departamentinin sədri Keznadci Camel bildirdi ki, ölkənin davamlı inkişafına nail olmaq üçün insanlar arasında qarşılıqlı anlaşma üzərində işlənməlidir.

   Müzakirələrə yekun vuran Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 1-ci Nazirlər Görüşündə 29 çıxışın dinlənildiyini, faydalı fikirlərin səsləndiyini, səmərəli müzakirələrin aparıldığını dedi. Əbülfəs Qarayev alimlərin, mədəniyyət və incəsənət xadimlərinin bu prosesə geniş cəlb edilməsinin əhəmiyyətini vurğulayaraq mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi üçün strategiyanın hazırlanmasının vacibliyini bildirdi.

   Sonda görüşün yekunu olaraq “Bakı Kommünikesi” müzakirə edilərək qəbul olundu.

  

   Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2013.- 5 iyun.- S. 9.